Mobil versiya
Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər
Tarix: 06-07-2025 | Saat: 19:03
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

Ölkələrimiz arasındakı münasibətlərin tarixinə qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. İki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın o zamankı prezidenti Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Bunu ölkə başçımız 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı səfəri zamanı bir daha xatırladıb: "Heydər Əliyev özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət "özbək işi" adlandırılan məsələ barədə idi. Bunu edən "məşhur" adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücumu idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı". İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. Ötən il Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticari-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Özbəkistanın zəngin təbii ehtiyatları qarşılıqlı olaraq ölkələrimiz arasında ixracat üçün yüksək səviyyəli zəmin yaradır. Belə ki, dost ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir.

Türkanə Nuriyeva
YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025