Trampdan 50 gün xatırlatması - "Çox pis olacaq"
Tarix: 16-07-2025 | Saat: 09:00
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya və Ukrayna yaxın 50 gün ərzində razılığa gələ bilməsələr, “bu, çox pis olacaq”.
aia.az xəbər verir ki, iyulun 14-də Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə “50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli rüsumlar” tətbiq ediləcəyini açıqlayıb.
Eyni zamanda o, Avropadakı müttəfiqlər tərəfindən maliyyələşdirilən 17 Patriot hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsi üçün Ukraynaya təhvil verildiyini açıqlayıb.
Mənbələrin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampın sanksiyaların sərtləşdirilməsi ilə bağlı hədələrinə məhəl qoymayaraq, Qərb Moskvanın sülh şərtləri ilə razılaşana qədər Ukraynada xüsusi əməliyyatı davam etdirmək niyyətindədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2025