Mobil versiya
Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü
Tarix: 16-07-2025 | Saat: 16:16
Bölmə:Dünya | çapa göndər

Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə görüşdü

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ankarada DEM Partiya heyəti ilə görüşüb.

aia.az NTV-yə istinadən xəbər verir ki, görüş 40 dəqiqə davam edib.

DEM Partiyasının Van millət vəkili Pervin Buldan görüş üçün Dövlət Baxçalıya təşəkkür edib.

Qeyd edək ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da DEM Partiya rəhbərləri ilə bir neçə dəfə görüşüb. DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025