Mobil versiya
ABŞ-dən Rusiyaya növbəti 50 gün xəbərdarlığı
Tarix: 18-07-2025 | Saat: 08:42
Bölmə:İdman | çapa göndər

ABŞ-dən Rusiyaya növbəti 50 gün xəbərdarlığı

Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəs və ya sülhlə razılaşmasa, ABŞ administrasiyası Rusiyaya tariflər və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

aia.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Prezidentin Donald Trampın açıqladığı kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh razılaşması əldə olunmasa, Rusiya qanuni olaraq atəşkəslə razılaşmaqdan imtina edərsə, o zaman çox yüksək tariflərlə, həmçinin ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Beləliklə, Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq. Təbii ki, bu, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq. Əlavə edim ki, prezident bu müharibənin diplomatik həll yolu ilə bitməsini çox istəyir", - Ağ Evin mətbuat katibi bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-07-2025