Mobil versiya
ABŞ prezidenti Tramp Hindistana 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini bildirib
Tarix: 30-07-2025 | Saat: 19:36
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Tramp Hindistana 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini bildirib

ABŞ prezidenti Donald Tramp Çinlə birlikdə Hindistanın Rusiyadan ən çox enerji idxal edən ölkə olduğunu ifadə edərək, "Ona görə də Hindistan avqustun 1-dən etibarən 25 faizlik tarif ödəyəcək" dedi.
Tramp özünün Truth Social hesabında Hindistanla bağlı paylaşım edib.

Hindistanın dost ölkə olduğunu qeyd edən Tramp, "Bunlara baxmayaraq, biz bu illər ərzində onlarla nisbətən az iş apardıq, çünki onların tarifləri çox yüksəkdir, dünyada ən yüksəklər arasındadır və onlar hər hansı bir ölkənin ən çətin və qorxunc qeyri-monetar ticarət maneələrinə malikdirlər" dedi.

Hindistanın da silah idxalının əhəmiyyətli bir hissəsini Rusiyadan təmin etdiyini qeyd edən Tramp, "Çinlə birlikdə Rusiyanın da enerji qaynaqlarının ən böyük alıcıları arasındadır. Bütün bunlar yaxşı deyil. Buna görə də Hindistan 1 avqustdan etibarən 25 faizlik tarif ödəyəcək" dedi.

Tramp Hindistanın bu səbəblərə görə tarifə əlavə olaraq “cərimə də ödəyəcəyini” də bildirib.

aia.az
Tərcmüə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2025