Azərbaycanın bütün şərtləri qəbul edildi
Tarix: 13-08-2025 | Saat: 13:20
Bölmə:Siyasət | çapa göndər

Ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin avqust ayının 07-09 tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfər mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məsələ bundadır ki, möhtərəm dövlət başçımızın bu səfəri zamanı həm Azərbaycan-Amerika münasibətlərinin yeni, strateji əməkdaşlığa doğru aparan mərhələyə keçidi üçün möhkəm zəmin yaradıldı, həm də Ermənistanla imzalanacaq sülh sazişinin paraflanmasına dair Birgə Bəyannamə qəbul edildi. Birmənalı olaraq deyə bilərik ki, bu işgüzar səfərin nəticələri Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir və təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiya məkanı üçün indiyədək görünməmiş perspektivlər açır.
İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanmış Bəyannamədə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini dəfələrlə artıracaq, Avropa ilə Asiya arasında bağlantıları daha möhkəm və etibarlı edəcək. Bu marşrut Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Eyni zamanda da yaradılacaq “Tramp marşrutu” bütün Avrasiya məkanı ölkələri qarşısında geniş imkanlar açacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, yeni əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq.
Həmçinin Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinə birgə müraciət ünvanlanması barədə müddəanın yer alması Azərbaycan diplomatiyasının daha bir parlaq qələbəsidir. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı təşkilatın sədrinin ünvanına birgə müraciət məktubu artıq Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən imzalanıb. Ağ Evdə Azərbaycanın media nümayəndələrinin suallarını cavablandırarkən cənab Prezident bu məsələyə detallı şəkildə toxundu və ölkəmizin mövqeyinin ədalətli olduğunu bir daha əsaslı şəkildə nümayiş etdirdi. 1992-ci ildən başlayan Minsk prosesi ümumiyyətlə nə münaqişənin ədalətli həllinə, nə də artıq postmünaqişə dövründə sülh prosesinə heç bir töhfəsi ilə yadda qalmadı. ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətinin heç bir nəticəsi olmadı. Buna görə də həmin təsisatın ləğvi Azərbaycan tərəfindən Ermənistanla sülh sazişinin bağlanması üçün zəruri şərtlərdən biri kimi irəli sürülmüşdü və cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası bu nailiyyəti də əldə etdi. ATƏT-in Minsk qrupunun ləğvi ilə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda ən ciddi manelərdən biri aradan qalxmış olacaq.
Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər