Pentaqon: Vaşinqtonda yerləşdirilən 800 Milli Qvardiyanın bütün üzvləri öz vəzifələrinə yerləşdilər
Tarix: 14-08-2025 | Saat: 21:51
Bölmə:Özəl | çapa göndər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampın Vaşinqtonda "təhlükəsizliyi artırmaq və cinayətin qarşısını almaq" qərarından sonra 800 Milli Qvardiyanın hamısının şəhərdəki vəzifələrinə yerləşdirildiyini açıqlayıb.
Pentaqonun sözçüsü Kingsley Wilson mətbuata açıqlamasında Vaşinqtonda yerləşdirilən Milli Qvardiya ilə bağlı yeniliklər təqdim edib.
Wilson, Trampın qərarına uyğun olaraq bölgəyə yerləşdirilən 800 Milli Qvardiya üzvünün hamısının təyin olunmuş yerlərə yerləşdirildiyini və vəzifələrinə başladığını açıqlayıb.
ABŞ sözçüsü bu əsgərlərin silahlı olmadığını və həbs kimi hüquq-mühafizə vəzifələrini yerinə yetirməyəcəklərini bildirib. O, əlavə edib ki, əsgərlər lazım gələrsə, hüquq-mühafizə orqanlarının vəzifələrini yerinə yetirməyə hazırdırlar.
Vaşinqtonda təhlükəsizliyi təmin etmək və cinayəti azaltmaq üçün “ictimai təhlükəsizlik fövqəladə vəziyyət” elan edən prezident Tramp Vaşinqton polisini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə gətirəcəyini açıqlayıb.
ABŞ prezidenti bu məqsədlə Vaşinqton Muxtariyyət Qanununun 740-cı maddəsinə istinad etdiyini və bu qanuna əsaslanaraq ciddi tədbirlər gördüklərini ifadə edərək, "Vaşinqtonda asayişi və ictimai təhlükəsizliyi bərpa etmək üçün Milli Qvardiyanı yerləşdirirəm və onların öz vəzifələrini layiqincə yerinə yetirmələrini təmin edəcəyik. Lazım gələrsə, ordunu da bura gətirəcəyəm" dedi.
aia.az
Tərrcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2025