Prezidentin Türkmənistan səfəri Azərbaycanın regionda sülh və əməkdaşlıq missiyasının tərkib hissəsidir
Tarix: 24-08-2025 | Saat: 12:54
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcmasının
İdarə Heyətinin sədri
Müstəqil Azərbaycan, etibarlı tərəfdaş və sözünü əməli ilə təsdiqləyən dövlət olaraq, İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Bu reallıq yalnız torpaqların bərpası ilə ölçülmür, o, xalqların qəlbində, regionun strateji xəritəsində də öz əksini tapır. Azərbaycanın nüfuzu, diplomatik mövqeyi və təşəbbüskarlığı durmadan artmaqda, hər bir layihə və təşəbbüs həm qonşular, həm də beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənməkdədir. Hər yeni enerji və nəqliyyat layihəsi, hər bir təşəbbüs Azərbaycanın yalnız özünü deyil, bütün regionu yüksəldən bir güc olduğunu nümayiş etdirir.
Xüsusilə Mərkəzi Asiya ölkələri ilə, sürətlə inkişaf edən Özbəkistanla, həmçinin Türkəmənistanla möhkəmlənən əlaqələr Azərbaycanın regional liderlik missiyasını daha parlaq şəkildə ortaya qoyur. Bu əlaqələr yalnız diplomatik protokollarla ölçülmür, onlar xalqlar arasında qardaşlıq körpülərini möhkəmləndirən canlı və davamlı proseslərdir. Azərbaycan üçün hər bir təşəbbüs, hər bir imzalanmış sənəd həm də tarixə vurulmuş bir möhür kimidir.
Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı son illərdə xüsusi olaraq dinamik inkişaf nümayiş etdirir. Azə\rbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistana rəsmi səfəri bu əməkdaşlığın zirvəsi kimi qiymətləndirilir. Ölkəmizin başçısı səfər çərçivəsində mətbuata verdiyi Bəyanatda vurğulayıb: “Türkmənistan əmin əllərdədir.” Bu sözlər yalnız diplomatik ifadə deyil, Avaza şəhərində gedən yenidənqurma və abadlaşma işlərinin açıq təsdiqidir. Hər yeni küçə, hər abad meydan, hər inşa edilən yeni şəhər Azərbaycanın və Türkmənistanın qardaşlıq əzmindən xəbər verir, bu inkişafa qardaş sevinci, dost təbriki də əlavə olunur.
Ölkəmizin başçısı Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin əhəmiyyətini qeyd edərək bildirib: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar.” Bu sözlər regional əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi əsaslarını vurğulayır. Qardaş xalqlar arasında paylaşılmış tarix və mədəniyyət, bugünkü əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır.
Səfər zamanı Azərbaycan və Türkmənistan liderlərinin mövqelərinin üst-üstə düşdüyü açıqca görünür. Cənab Prezident İlham Əliyev bunu belə bəyan edib: “Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.” Ölkəmizin başçısının bu sözləri yalnız gələcək üçün perspektivləri göstərmir, həm də regionda etimad və qarşılıqlı anlaşmanın nə qədər vacib olduğunu təsdiqləyir.
Türkmənistanın Füzulidə məscid tikintisi təşəbbüsü isə qardaşlıq və mədəni həmrəylik nümunəsidir. Prezident İlham Əliyev bunu belə ifadə edir: “Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.” Hər bir memarlıq detalı, hər bir tikinti addımı bu sözləri təsdiqləyir və xalqlar arasında dostluğun simvoluna çevrilir.
Cənab İlham Əliyev qeyd edib ki, Özbəkistanın dəstəyi ilə Qarabağda həyata keçirilən layihələr də eyni dərəcədə strateji əhəmiyyət daşıyır. Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki və Füzulidə Mirzə Uluqbəyin adını daşıyan orta məktəb Azərbaycanın regionda iqtisadi və təhsil sahəsində inkişafını gücləndirir. Bu layihələr yalnız iqtisadi və sosial inkişaf üçün deyil, həm də qadınların və gənclərin gələcək imkanlarını genişləndirmək üçün nəzərdə tutulub. Prezident İlham Əliyev vurğulayır: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub.” Ölkə başçısının verdiyi qiymət Azərbaycanla Özbəkistan arasında səmimi və əməli dostluğun təsdiqi olmaqla yanaşı, regional əməkdaşlığın əsl mənzərəsini ortaya qoyur.
Üçtərəfli əməkdaşlıq formatı, nəqliyyat, tranzit, enerji və mədəni sahələrdə yeni imkanlar açır. Prezident qeyd edir: “Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.”
Beləliklə, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələrində tarixi bir mərhələdir. Cənab Prezidentin sözləri ilə desək: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun.”
Son olaraq qeyd edək ki, bu səfər və əldə olunan razılaşmalar Azərbaycanın regional liderliyini təsdiqləyir, bölgədə yeni perspektivlərin açılmasına xidmət edir və Azərbaycanı həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə lider kimi möhkəmləndirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2025
23-08-2025