Mobil versiya
TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının həcmi AÇIQLANDI
Tarix: 27-08-2025 | Saat: 13:35
Bölmə:İqtisadiyyat | çapa göndər

TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının həcmi

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə aia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub: "TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2025