Mobil versiya
"Qarabağ"ın qələbəsi özünə və 11 klubumuza bu qədər sərvət qazandırdı
Tarix: 28-08-2025 | Saat: 14:51
Bölmə:İdman / Manşet | çapa göndər

"Qarabağ"ın qələbəsi özünə və 11 klubumuza bu qədər sərvət qazandırdı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

aia.az Qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədi ilə maddi yardım ayıracaq.

Konkret Azərbaycana gəlincə, Misli Premyer Liqasında yarışan 12 klubdan 11-nin ("Qarabağ" istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələ burasındadır ki, "Qarabağ"ın ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

Ağdam klubunun özünə gəlincə, "Qarabağ" təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib. UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025