Mobil versiya
"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb
Tarix: 01-09-2025 | Saat: 10:40
Bölmə:İdman | çapa göndər

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

aia.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Qeyd edək ki, Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda "Rəvan"ı 2015/2016, "Qəbələ"ni 2023/2024, "Kəpəz"i 2024/2025 mövsümündə 4:0 hesabı ilə məğlub edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2025