Husilər: Qüdsün qərbində İsrailin “vacib və həssas” hədəfini vurduq
Tarix: 04-09-2025 | Saat: 09:36
Bölmə:Özəl | çapa göndər

Yəməndəki Husilər (Ənsarullah Hərəkatı) hipersonik ballistik raketlə Qüdsün qərbindəki “vacib və həssas” İsrail hədəfini vurduqlarını açıqlayıb.
Husilər yazılı açıqlama verərək, "Raket qüvvələrimiz işğal altındakı Qüdsün qərbində İsrailin kritik və həssas bir hədəfinə qarşı "Fələstin 2" hipersəs ballistik raketi ilə əməliyyat keçirdi. Əməliyyat öz məqsədinə uğurla çatdı və milyonlarla sionisti sığınacaqlara qaçmağa məcbur etdi" dedi.
Hədəfin təfərrüatlarına yer verilməyən açıqlamada Yəmən Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin də işğal altındakı Hayfa bölgəsində “həyati əhəmiyyətli İsrail hədəfi”ni vurduğu və bu əməliyyatın da uğurlu keçdiyi bildirilib.
Bəyanatda qeyd edilib ki, hücumlar “Qəzza zolağına yönəlmiş soyqırım və aclıq cinayətlərinə cavab olaraq və İsrailin Yəmənə təcavüzünə ilkin cavab tədbirləri çərçivəsində” həyata keçirilib.
İranın dəstəklədiyi husilər dünən səhər saatlarında İsrailin Təl-Əviv bölgəsində “həssas hədəflərə iki raket zərbəsi endiriblər”.
İsrail ordusu bu səhər verdiyi açıqlamada Yəməndən atılan raketin havada vurulduğunu bildirib.
Yəməndəki husilər avqustun 28-də İsrailin paytaxt Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib əl-Rahavi və digər 9 nazirin öldürülməsindən sonra bu ölkəyə hərbi hücumları artıracaqlarını açıqlayıblar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2025
03-09-2025