Qarabağda separatizm regional sülhə və sabitliyə ciddi təhlükə idi
Tarix: 18-09-2025 | Saat: 10:14
Bölmə:Siyasət | çapa göndər

Ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəticəsi olaraq 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirlərinə başladı. Həmin tarixdən keçən iki il ərzində yaşanan hər gün, ölkəmizdə və regionda müşahidə olunan bütün proseslər Azərbaycanın keçirdiyi bu tədbirin zəruri addım olduğunu sübut edir. II Qarabağ savaşından sonra ölkmiz dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş qanlı toqquşma, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Şuşa istiqamətində törətdikləri təxribatlar, həmin ilin aprel və may aylarında şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması erməni silahlı təxribatlarının ən bariz nümunələri oldu. Bir sözlə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı birləşmələrinin mövcudluğu həm hüquqa zidd, həm də regional sülh və sabitliyə ciddi təhlükə yaradan bir hal idi.
Qeyd olunduğu kimi, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin yeganə məqsədi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, bölgədə ölkənin konstitusiya quruluşunun bərpa edilməsi idi. Əməliyyat hələ planlaşdırılarkən antiterror tədbirlərinin gedişində hər iki tərəfdən mülki şəxslərin təhlükəsizliklərinin təmin olunması ən vacib şərt kimi müəyyən edilmişdi. Bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdi. Eyni zamanda həmin müddətdə səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan tərəfindən tam təmin olundu. Bütün bu tədbirlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalçı erməni silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu bütün hallarda humanizm prinsiplərini hər şeydən uca tutur.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2025