Mobil versiya
"Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır" - Fərhad Abdullayev
Tarix: 19-09-2025 | Saat: 10:54
Bölmə:Siyasət | çapa göndər

"Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır" -

"Konstitusiya Məhkəməsinin qəbul edilən qərarlarında Milli Məclisin rəyləri xüsusi yer tutur. Parlamentdə qəbul olunan qanunlar ekspertizadan keçir. Hər biriniz buna rəyinizi bildiririsiz. O qanunların gücü məhkəmədir".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

"Bütün dövlətlərdə fakt var ki, qanunlar qəbul ediləndə onlar konstitusiyaya uyğun hesab edilir və qanunlar bu istiqamətdə qəbul olunur. Çoxsaylı komitələrdən keçir. Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır. Müəyyən illərdən sonra aşkar olunur ki, qanunun hansısa hissəsi natamamdır. Korreksiyanın həyata keçirilməsi vacibdir. Buna görə Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır", - deyə F.Abdullayev bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025