Mobil versiya
Tramp bu həftə Zelenski ilə görüşəcək
Tarix: 14-10-2025 | Saat: 09:41
Bölmə:Dünya | çapa göndər

Tramp bu həftə Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə görüşmək planını təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat dərc edib.

Məlumata görə, Zelenski Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, “Tomaqavk” raketlərinin mümkün tədarükü və bir sıra digər mövzuları müzakirə etmək niyyətindədir.

Liderlərin keçən həftə iki telefon danışığı zamanı qaldırılmış məsələləri də müzakirə edəcəyi bildirilir. Konkret olaraq, onlar Ukraynanın enerji infrastrukturuna zərbələr, həmçinin “müəyyən məxfi məsələləri” müzakirə edəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025