Xərçəngin yayılmasının qarşısını ala bilən peyvənd hazırlandı
Tarix: 16-10-2025 | Saat: 11:25
Bölmə:Manşet / Ölkə | çapa göndər

Amerikalı alimlər melanoma, mədəaltı vəzi xərçəngi və döş xərçənginin böyüməsini və yayılmasını tamamilə maneə törədə bilən yeni "nanohissəciklərə əsaslanan supervaksin" hazırlayıblar.
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat ABŞ-nin Massaçusets Amherst Universitetinin Biotibbi Mühəndislik Departamentində aparılıb.
Bildirilir ki, vaksinin effekti siçanlar üzərində aparılan tədqiqatlarda sübut olunub. Birinci mərhələdə peyvənd vurulan siçanların 80%-i melanomadan tamamilə qorunub, adi peyvəndi alan siçanların heç biri 35 gündən çox yaşamayıb Bundan əlavə, yeni peyvənd tətbiq edildikdən sonra ağciyər metastazı tamamilə dayandırılıb. Tədqiqatın ikinci mərhələsində elm adamları birbaşa şişdən götürülmüş ölü xərçəng hüceyrələrindən istifadə edərək daha real sınaq keçiriblər. Şişin rədd edilməsi mədəaltı vəzi xərçəngi üçün 88%, döş xərçəngi üçün 75% və melanoma üçün 69% idi.
Alimlər insanlarda hələ sınaqdan keçirilməmiş peyvəndin bir çox xərçəng növü ilə mübarizə üçün universal platforma ola biləcəyinə inanırlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2025