Mobil versiya
Generaldan sonra MTN-in sabiq idarə rəisi də azadlığa çıxdı
Tarix: 20-10-2025 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Generaldan sonra MTN-in sabiq idarə rəisi də azadlığa çıxdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şirinov və rütbədən məhrum edilmiş Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum edilmiş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa çıxıb.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.

Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.

Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025