Tarixi ədalətin bərpası Azərbaycanın milli gücünün əyani ifadəsidir - Heydər Əsədov
Tarix: 20-10-2025 | Saat: 10:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oktyabrın 20-si ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu tarix Zəngilanın azadlığı, dirçəlişi və Böyük Qayıdışın təntənəsinə çevrilmiş bir gün kimi yaddaşlara həkk olunub.
Zəngilan rayonunun təbiəti, coğrafiyası və mədəni irsi qədim tarixə malikdir. Ərazidə Yura və Təbaşir dövrlərinə aid vulkanik və çöküntü süxurlar geniş yayılmış, tikinti daşı, əhəng, qızıl və qara mərmər kimi faydalı qazıntılar aşkar edilmişdir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay çaylarının kəsişdiyi bu ərazi həm coğrafi, həm də strateji baxımdan xüsusi əhəmiyyətə malikdir. Zəngilanın qərbdə Ermənistanın Mehri və Qafan rayonları, cənubda isə Araz çayı boyunca İranla sərhədlənməsi onun regional əhəmiyyətini daha da artırır.
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Zəngilan rayonu işğal edilmişdi. Füzuli və Cəbrayılın düşmən tərəfindən tutulmasından sonra zəngilanlılar 67 gün boyunca tam mühasirə şəraitində qəhrəmancasına vuruşdular. Əhali son ana qədər müqavimət göstərdi, 235 nəfər şəhid və itkin verdi. Nəticədə minlərlə zəngilanlı Araz çayını keçərək müvəqqəti olaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı.
2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu şanlı qələbələr qazanaraq, torpaqların azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan əməliyyatı zamanı ümumilikdə, şəhərlə birlikdə rayonun 4 qəsəbəsi və 49 kəndi azad edildi. Bu qələbə ilə Azərbaycanın 132 kilometrlik dövlət sərhədi – İranla sərhəd xətti tam bərpa olundu. Bu əlamətdar hadisə hərbi-strateji və siyasi baxımdan mühüm dönüş nöqtəsi idi.
Zəngilan uğrunda döyüşlərdə misilsiz şücaət göstərən 6974 hərbi qulluqçu Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu amillər Zəngilan əməliyyatında yazılmış qəhrəmanlıq tarixinin əbədi təntənəsidir. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi. Həmin qərar Zəngilanın azadlıqdan bərpaya, beləliklə müasir inkişaf mərhələsinə keçidini təcəssüm etdirir.
Zəngilan rayonunda bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramı çərçivəsində yüksək templə həyata keçirilir. Zəngilan tarixi abidələri, qədim məscidləri və dini-mədəni irsi ilə də seçilir. İşğal dövründə dağıdılmış bu abidələr hazırda bərpa edilir, mənəvi həyatın yenidən dirçəlişini simvolizə edir. Bu ərazilərdə infrastruktur, nəqliyyat, sosial obyektlər, ekologiya və enerji sahələrində sistemli layihələr icra olunur.
İlk pilot layihə kimi Ağalı kəndində inşa edilən “Ağıllı kənd” kompleksi dünyanın ən müasir kənd modellərindən biri kimi təqdim olunur. Ağalı kəndində 200 müasir ev tikilmiş, enerji və ekoloji davamlılıq prinsiplərinə əsaslanan ağıllı idarəetmə sistemi qurulmuşdur. Burada günəş panelləri, su elektrik turbini, təmizləyici bioloji sistemlər və yüksək sürətli GPON internet infrastrukturu mövcuddur. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri fəaliyyət göstərir. 2022-ci ilin mayından etibarən 175 ailə, yəni 871 nəfər doğma torpaqlarına qayıdıb və peşə ixtisaslarına uyğun işlə təmin olunub. Ağalı layihəsi Azərbaycanın “yaşıl enerji” konsepsiyasının, innovativ yanaşmasının və kənd həyatının müasir modelinin parlaq nümunəsidir.
2023-cü il oktyabrın 30-da Nazirlər Kabineti tərəfindən “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiq edildi. Bu sənəd çərçivəsində şəhərin yaşayış, sosial, nəqliyyat və sənaye zonalarının planlaşdırılması həyata keçirilir. Zəngilanın yeni sakinləri tezliklə doğma yurdlarına dönərək bu torpaqda həyatlarını yenidən quracaqlar.
Zəngilan bölgəsi mühüm nəqliyyat qovşağı kimi formalaşır, burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı regionun iqtisadi və turizm potensialının artmasına mühüm töhfə verir. Hava limanı ICAO və IATA standartlarına uyğun olaraq ən iri təyyarələri qəbul edə bilir. Eyni zamanda, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu layihələri azad edilmiş torpaqları ölkənin əsas nəqliyyat şəbəkəsinə birləşdirir və gələcəkdə Zəngəzur dəhlizinə çıxışı təmin edəcək.
Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Zəngilan şəhər məscidi dini-mənəvi irsimizin dirçəlişi bir daha nümayiş etdirir. XIX əsr memarlıq üslubunda inşa edilmiş bu abidə işğal dövründə dağıdılmış, lakin bərpa işlərindən sonra əvvəlki görkəminə qaytarılmışdır. Yeni məscid iki minarəli, üç nefli memarlıq kompozisiyası ilə müasir Zəngilanın simvoluna çevrilib.
Zəngilan rayonu həm kənd təsərrüfatı, həm də turizm baxımından böyük potensiala malikdir. 2024-cü ildə Ağalı kəndində fəaliyyətə başlayan “Ağalı” hoteli ekoturizm və istirahət imkanlarını genişləndirib. Bundan başqa, Azərbaycan–Türkiyə əməkdaşlığı çərçivəsində yaradılan “Dost Aqropark” layihəsi bölgənin aqrar inkişafına təkan verir. 500 nəfərlik məşğulluq potensialı olan bu kompleks 100 milyon dollarlıq sərmayə ilə inşa edilir və “Made in Qarabağ” brendi ilə istehsalın dünya bazarına çıxarılmasına şərait yaradacaq.
Zəngilan qəhrəmanlıq tarixinin, milli qürurun və yenidənqurulan həyatın təzahürüdür. 20 oktyabr Böyük Qayıdışın, Qələbə ruhunun və yenilənən yurdun təntənəsidir. Zəngilan torpaqlarında qürurla dalğalanan üçrəngli bayraq gələcəyin sabitliyini, dirçəlişini və əbədi azadlığını təcəssüm etdirir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər