Mobil versiya
Tramp Yaponiyaya səfər edəcək
Tarix: 27-10-2025 | Saat: 12:34
Bölmə:Dünya | çapa göndər

Tramp Yaponiyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfər edəcəyini açıqlayıb.

aia.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə məlumat verib.

“Gözəl Malayziyadan indicə ayrıldım. Böyük ticarət və nadir torpaq metalları ilə bağlı sövdələşmələrə nail oldum və ən əsası, dünən Tailand və Kamboca arasında sülh müqaviləsini imzaladım. Müharibəyə yox! Xilas edilən milyonlarla insanın həyatı. İndi isə Yaponiyaya yola düşürəm!”, – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti oktyabrın 27-dən 29-dək Yaponiyada səfərdə olacaq. Səfər zamanı o, Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ilə danışıqlar aparacaq, həmçinin İmperator Naruhito ilə görüşəcək. Bu, Donald Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2025