44 günlük Vətən müharibəsi şəhidi İlyasov Fərid İbad oğlunun anım günü qeyd olunub -Fotolar
Tarix: 28-10-2025 | Saat: 16:45
Bölmə:Özəl | çapa göndər

Anım mərasimində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn İlyasov Fərid İbad oğlunun və digər şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirələrini ehtiramla anıblar.
aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov və Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2025