Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentura təhsilini başa vuran həkim-mütəxəssisləri təltif etdi. -Fotolar
Tarix: 30-10-2025 | Saat: 11:28
Bölmə:Özəl | çapa göndər

Bugün rezident sayı 140 nəfərə yaxınlaşan Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentura təhsilini başa vuran həkim-mütəxəssisləri təltif etdi.
aia.az xəbər verir ki, tədbir Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında baş tutdu.
Hal-hazırda rezident sayı 140 nəfərə yaxınlaşan Bakı Sağlamlıq Mərkəzin də fəaliyyət göstərən həkim-rezidentlərdən 14 nəfər rezidentura təhsilini başa vuraraq, “həkim-mütəxəssis” adını qazanıb.
Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidenturanı müvəffəqiyyətlə bitirərək “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alan bütün həkimlərimizi ürəkdən təbrik edərək, müvəffəqiyyət arzu edib. Bakı Sağlamlıq Mərkəzi adından müəssisəmizin işlərində göstərdikləri səmərəli və üstün fəaliyyətlərinə görə plaketlər təqdim olunub.
Rezidentura təhsil pilləsinin yaradılmasının tələbələrin müstəqil praktikaya başlaması və seçdikləri ixtisası daha dərindən, elmi-tədqiqat səviyyəsində öyrənməsinə şərait yaratdığını bildirilib. Bu addım həm də ölkəmizin dünya tibb təhsil sisteminə və eləcə də müasir səhiyyə modelinə uyğun formalaşmasına gətirib çıxarır və Bakı Sağlamlıq Mərkəzi bu yolun inkişafı üçün davamlı addımlar atır.
Mərkəzimizdə fəaliyyət göstərən rezidentlərin inkişafına töhvə verən silsilə konfranslar, seminarlar keçirilir və burada əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər