Səttar Möhbalıyev: "Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsas sütunudur"
Tarix: 07-11-2025 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

12 noyabr Azərbaycan tarixində mühüm əlamətdar gündür – Konstitusiya Günüdür. Bu tarix müasir dövlətçiliyimizin hüquqi bünövrəsini, milli suverenliyimizin siyasi manifestini, xalqın iradəsini ifadə edən əsas qanunumuzun qəbul olunduğu günü simvolizə edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də müstəqil dövlət quruculuğumuzun konseptual proqramıdır.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil dövlət yaratmaq əzmini nümayiş etdirsə də, qısa mövcudluğu dövründə dövlətin əsas qanununu qəbul edə bilmədi. Bu səbəbdən ölkənin ilk Konstitusiyası Sovet hakimiyyəti illərində – 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. Ardınca 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalarda Konstitusiyalar qəbul olundu. Bu sənədlər formal olaraq dövlətin əsas qanunu sayılsa da, faktiki olaraq SSRİ-nin mərkəzi idarə sisteminə tabe idi və Azərbaycanın milli iradəsini ifadə etmirdi. Lakin 1978-ci il Konstitusiyası həmin ənənədən müəyyən dərəcədə fərqləndi. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in yeni Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan dili dövlət dilidir” müddəası daxil edildi. Bu, sovet ideologiyasının sərt çərçivələri içərisində milli kimliyin qorunması istiqamətində böyük tarixi hadisə idi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yeni siyasi, iqtisadi və hüquqi sistemin əsaslarını müəyyən etməli idi. Qanunvericilik bazası olmadan demokratik dövlət quruculuğu mümkün deyildi. Məhz bu məqamda Ulu Öndər Heydər Əliyev dövlətin gələcək inkişafının hüquqi təməlini formalaşdırmaq məqsədilə yeni Konstitusiyanın hazırlanmasını prioritet vəzifə kimi müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası müstəqil Azərbaycanın hüquqi-siyasi modelini, idarəetmə prinsiplərini və vətəndaş azadlıqlarını təmin edən mütərəqqi sənəd hazırladı. Ulu Öndərin sözləri ilə desək: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş, 91,9 faizi Konstitusiyanın lehinə səs vermişdir. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minmiş və ölkənin hüquqi sistemində yeni mərhələnin başlanğıcını qoymuşdur. Yeni Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Sənəddə hakimiyyət bölgüsü prinsipi – qanunverici, icra və məhkəmə hakimiyyəti arasında balans, qarşılıqlı məsuliyyət və səlahiyyət bölgüsü dəqiq müəyyənləşdirildi. Konstitusiyanın qırx səkkiz maddəsi birbaşa insan və vətəndaş hüquqlarına həsr olunub. Bu müddəalar BMT-nin “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi” və digər beynəlxalq sənədlərin prinsiplərinə söykənir. Etnik, dini və ya dil fərqindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşların bərabər hüquqları Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə səciyyələndirmişdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Millət vəkili onu da deyib ki, cəmiyyətin dinamik inkişafı Konstitusiyanın da zamanla təkmilləşdirilməsini zəruri etdi. Bu məqsədlə müstəqillik dövründə bir neçə dəfə referendum keçirilərək Konstitusiyaya dəyişikliklər və əlavələr edilmişdir. 2002-ci il, 24 avqust – 24 maddəyə 29 dəyişiklik, 2009-cu il, 18 mart – 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik, 2016-cı il, 26 sentyabr – 29 maddəyə 41 əlavə və dəyişiklik edilmişdir. Sonuncu dəyişikliklər nəticəsində Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu addım idarəetmənin çevikliyini artırdı, dövlətin strateji sabitliyinə yeni keyfiyyət gətirdi. Cənab Prezident İlham Əliyev Konstitusiyanın əhəmiyyətini belə qiymətləndirib: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.” Dövlət başçısının digər bir fikri isə Konstitusiyanın müasir dövrə uyğunluğunu əks etdirir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Müasir Azərbaycan Konstitusiyası yalnız hüquqi çərçivə deyil, həm də milli ideologiyanın, azərbaycançılıq fəlsəfəsinin əsas dayaqlarından biridir. Əsas Qanun dövlətin suverenliyinin, ərazi bütövlüyünün, milli təhlükəsizliyinin qorunmasını, vətəndaş cəmiyyətinin inkişafını və hüququn aliliyini təmin edir. 1995-ci il Konstitusiyası sayəsində Azərbaycan dövlətçiliyi hüquqi-siyasi baxımdan möhkəmləndi, demokratik idarəetmə sistemi formalaşdı, iqtisadi islahatlar üçün sabit hüquqi mühit yaradıldı. Ulu Öndərin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla 12 noyabr tarixi hər il Konstitusiya Günü kimi qeyd olunmağa başladı. Bu gün Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli hüquq düşüncəsinin və demokratik inkişaf yolunun simvoluna çevrildi. Azərbaycan Respublikasının Konstitusiyası tariximizin, milli dövlətçiliyimizin və hüquqi düşüncəmizin möhtəşəm abidəsidir. Onun hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Bu Əsas Qanun müasir Azərbaycanın siyasi sabitliyini, demokratik inkişafını və hüquqi dövlət prinsiplərini təmin edən sabitlik, ədalət və milli iradə manifestidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar da məhz həmin hüquqi təməl üzərində yüksəlir və Konstitusiyanın ideyaları dövlətin davamlı inkişafına xidmət edir. 12 Noyabr – Konstitusiya Günü xalqımızın azad iradəsinin, hüquqi dövlət idealının və Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin parlaq təntənəsidir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər