Şuşa zəfərin zirvəsi və milli qürurun mənbəyidir
Tarix: 07-11-2025 | Saat: 11:21
Bölmə:Siyasət | çapa göndər

8 Noyabr – Azərbaycanın müasir tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün xalqımızın iradəsi, ordumuzun qəhrəmanlığı və Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilən Böyük Zəfərin rəmzidir. 2020-ci ilin həmin günündə Şuşanın azad olunması ilə Azərbaycan dövlətinin ərazi bütövlüyü bərpa olundu, milli ləyaqətimiz ucaldı, xalqın illərlə çəkdiyi həsrətə son qoyuldu.
Cənab Prezident İlham Əliyevin səngərdən səngərə yayılan səsi, Şuşanın azad olunduğu gün söylədiyi o tarixi sözlər – “Əziz Şuşa, sən azadsan!” – bu xalqın taleyinə qızıl hərflərlə yazıldı. O an Azərbaycan xalqı təkcə torpağını deyil, həm də ruhunu, kimliyini geri aldı. Bu ifadə azadlıq salnaməmizin ən müqəddəs çağırışına çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın dəmir iradəsi, dəqiq siyasi addımları və ordumuza inamı qələbənin əsas təminatına çevrildi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu müasir döyüş strategiyası, yüksək texnoloji hazırlığı və əsgər rəşadəti ilə dünyanın diqqətini çəkdi. Hər bir əməliyyat düşünülmüş, məqsədyönlü və dövlətçilik ideyalarına söykənmişdi.
Şuşa Zəfəri təkcə hərbi qələbə deyil, həm də milli ruhun qayıdışı idi. Prezident İlham Əliyevin dediyi kimi, “Biz bu qələbəni döyüş meydanında qazandıq, diplomatik masada yox.” Bu fikrin arxasında həm lider qətiyyəti, həm də xalq iradəsi dayanır. Azərbaycan xalqı liderinin ətrafında sıx birləşdi və tarixdə misli görünməmiş bir həmrəylik nümayiş etdirdi.
Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı, musiqi və poeziya beşiyidir. Bu torpaqda səslənən muğam, yazılan şeir, çalınan tar xalqımızın ruhuna hopub. Məhz buna görə də Şuşanın azadlığı bir şəhərin deyil, bir millətin azadlığıdır. Cənab Prezidentin tapşırığı ilə Şuşada geniş bərpa və yenidənqurma işləri aparılır. “Zəfər Yolu”nun salınması, tarixi abidələrin dirçəldilməsi, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəllərinin öz yerlərinə qaytarılması – bütün bunlar dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz göstəricisidir.
Cənab Prezident İlham Əliyevin Şuşaya hər səfəri xalq üçün bir bayrama çevrilir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Şuşanı regionun inkişaf, mədəniyyət və turizm mərkəzinə çevirir. 2022-ci ilin “Şuşa İli” elan olunması və şəhərin “İslam Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi bu əziz diyarın beynəlxalq miqyasda nüfuzunu daha da möhkəmləndirdi.
Bu gün Şuşada dalğalanan üçrəngli bayraq – İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun igidliyi və xalqımızın birliyinin rəmzidir. Şuşa bu gün yalnız bir coğrafi məkan deyil, həm də dövlətimizin qüdrətini, xalqımızın iradəsini, Prezidentin siyasi irsini təcəssüm etdirən müqəddəs bir adadır.
8 Noyabr – Şuşa şəhəri günü təkcə xatirə deyil, həm də gələcəyə inamın, milli dirçəlişin və əbədi qürurun təntənəsidir. Şuşa bu gün yenidən səslənir – azadlıq nəğmələri, muğam səsləri və qələbə ruhu ilə. Bu Zəfərin müəllifi isə Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı – cənab İlham Əliyevdir!
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər