Mobil versiya
Bakıda binanın qarajında maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi
Tarix: 07-11-2025 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

Bakıda binanın qarajında maşın yandı -

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib.

Bu barədə aia.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Land Rover” markalı minik avtomobilinin salonu, yük hissəsi, “Opel” markalı minik avtomobilinin salonu, mühərrik hissəsi və 5 paq.m kommunikasiya xətləri yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025