Mobil versiya
Mənzil probleminin həlli üçün deputatdan TƏKLİF
Tarix: 20-11-2025 | Saat: 11:59
Bölmə:Parlament | çapa göndər

Mənzil probleminin həlli üçün deputatdan

Lerik və Astara rayonlarının kəndlərində satışda olan hazır evlər olmadığı üçün nazirlik bu evləri alıb növbədəki vətəndaşlara təqdim edə bilmir.

aia.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, nazirliyin kvadrat hesabı ilə mənzil alması səbəbindən sahibkarlar da bu məqsədlə çoxmənzilli bina tikməyə maraqlı deyillər. Deputatın sözlərinə görə, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün həssas təbəqədən olan vətəndaşlarda mənzil probleminin aradan qaldırılması məqsədilə çoxmənzilli binaların və fərdi evlərin yenidən tikintisinə başlanmalıdır.

Parlament üzvü həmçinin təklif edib ki, şəhid ailələri və müharibə əlillərinə mənzil verilməsi üçün nəzərdə tutulan vəsait birbaşa həmin kateqoriyadan olan insanlara ayrılsın ki, onlar öz evlərini tikə və yaxud istədikləri yerdən mənzil ala bilsinlər və bununla da problemin həlli mümkün olsun.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025