Mobil versiya
"Hazırda ailə dəyərləri itir" - Nazir müavini
Tarix: 28-01-2026 | Saat: 12:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Hazırda ailə dəyərləri itir" -

"Süni intellektə əsaslanan texnologiyalar yeni və ciddi çağırışlar yaradacaq. Uşaqların bu dəyişikliklərə necə hazırlanması və bunun qanunvericilikdə necə əks olunması olduqca vacibdir. Düşünürəm ki, bu qanunun gələcəkdə də təkmilləşdirilməsinə ehtiyac olacaq".

aia.az xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

"Elm və Təhsil Nazirliyi olaraq biz öz məsuliyyətimizi dərk edirik. Nəzərə alsaq ki, sistemdə 1 milyon 600 mindən çox uşaq təhsil alır. Uşaqlar müxtəlif ailələrdə formalaşırlar və biz deyə bilmərik ki, hər ailədə yüksək səviyyəli mədəniyyət formalaşıb. Bəzən uşaqlar məkətbə gəldikdə artıq onların xasiyyəti formalaşır. Ailə dəyərləri çox önəmlidir. Müasir dövrdə dünyada bu çox böyük problemdir. Hazırda ailə dəyərləri itir. Hətta ailə institunun özünün yaşaması təhlükə altındadır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2026