Mobil versiya
Hacıqabulda “2 fevral Gənclər günü” qeyd olunub -Fotolar
Tarix: 02-02-2026 | Saat: 17:56
Bölmə:Ölkə | çapa göndər

Hacıqabulda “2 fevral Gənclər günü” qeyd olunub

02 fevral 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı, Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “02 fevral –Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, RİH-nin məsul işçiləri, Hacıqabul rayonu üzrə Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Gənclər və İdman sektorunun müdiri Xalid Rəcəbli və rayonun idarə, müəssisə, təşkilatlarından olan aktiv gənclər və Yeni Azərbaycan Partiyasının gənc fəalları iştirak etdilər.

Tədbirdə öncə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov gəncləri təbrik edərək bildirdi ki, bu gün - 2 fevral Gənclər Günü münasibətilə bir araya toplaşaraq gəncliyimizin gücünü, milli iradəsini və dövlətimizin inkişafındakı əvəzsiz rolunu qeyd edirik. Bu bayram, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı tarixi fərmanla təsis olunmuşdur. Artıq uzun illərdir ki, gənclərimizin bayramı kimi böyük coşqu ilə qeyd olunur. Azərbaycan gəncliyi hər zaman dövlətimizin dayağı, cəmiyyətimizin aparıcı qüvvəsi olmuşdur. Ölkəmizin bir parçası olan Hacıqabulda da gənclər rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Onlar kənd təsərrüfatı layihələrində, innovativ təşəbbüslərdə, ictimai tədbirlərdə fəal iştirak edir, rayonumuzun gələcəyinə öz töhfələrini verirlər. Bu fəallıq bir daha sübut edir ki, gənclərimiz həm yerli, həm də beynəlxalq miqyasda Azərbaycanın inkişafının aparıcı qüvvəsidir.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkəmizini aparıcı qüvvəsi kimi çıxış edirlər. Eyni zamanda, dövlətimiz də onlara böyük qayğı ilə yanaşaraq problemlərinin həlli istiqamətində qlobal layihələr həyata keçirir. Xüsusilə, Ülu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər qoyub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Daha sonra çıxış edənlər Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı il tarixində keçirilmiş Azərbaycan gənclərinin birinci forumunun ölkəmizdə gənclər hərəkatının əsasını qoyduğunu, həmin forumun Azərbaycan gəncliyinin tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu, həmçinin gənclərə olan etimadın, onlara göstərilən qayğının bariz nümunəsi kimi günümüzdə təhsil və idman sahəsində daima inkişaf edən gənclərin böyük nailiyyətlər əldə etdiklərini vurğuladılar. Tədbirdə o da qeyd olundu ki, ölkəmizdə gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə həll edici rol oynamışdır.
Tədbir zamanı bir qrup fəal gənc fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif edildi.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026