Mobil versiya
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib -Fotolar
Tarix: 31-03-2026 | Saat: 16:47
Bölmə:Ölkə | çapa göndər

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızlıqla qətlə yetirilmişdir. Bu hadisələr xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamına əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi hər il ölkəmizdə ehtiramla yad edilir.

Martın 31-də Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra kompleksin muzey hissəsi ilə tanışlıq baş tutub. Muzeydə nümayiş etdirilən ekspozisiyalar vasitəsilə XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş qırğınlar, həmin dövrün acı həqiqətlərini əks etdirən tarixi materiallar və sənədlər barədə ətraflı məlumat verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2026