Mobil versiya
Ermənistan Rusiyadan silah alımını bərpa edir - mesaj kimə ünvanlanıb?
Tarix: 20-04-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər



Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın bərpası və əvvəlki silah razılaşmalarının icrası barədə razılıq əldə olunduğunu açıqlayıb.

Paşinyanın sözlərinə görə, bir müddət dayanmış və ya zəifləyən silah tədarükü yenidən aktivləşdirilir. Bu razılaşmalar çərçivəsində əvvəlki müqavilələrə daxil olan “TOR”, “BUK”, S-300 hava hücumundan müdafiə sistemləri və SU-30 qırıcıları kimi platformaların gündəmdə olduğu bildirilir.

Hərbi ekspert Rövşən Məhərrəmovun fikrincə, bu razılaşmalar yeni deyil, əvvəllər imzalanmış, lakin icrası dayandırılmış müqavilələrin bərpasıdır. O qeyd edir ki, Ermənistan həm köhnə sovet silahları üçün sursat, həm də texniki ehtiyat hissələri üzrə Rusiyadan asılılığını davam etdirir.

Ekspertin dəyərləndirməsinə görə, bu addım təkcə hərbi deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Belə ki, Paşinyan bu qərarla həm Rusiya ilə münasibətləri balanslaşdırmağa, həm də Qərb və digər beynəlxalq aktorlara mövqeyini nümayiş etdirməyə çalışır.

Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığına gəlincə isə, qeyd olunur ki, regionda silahlanma prosesi uzun illərdir davam edir və Bakı da müxtəlif texnikaların – tanklar, BMP-lər, helikopterlər və digər sistemlərin saxlanması və ehtiyat hissələrinin təminatı üçün müəyyən texniki əməkdaşlığı qoruyur.

Ermənistanın silah razılaşmalarını bərpa etməsi Cənubi Qafqazda hərbi-siyasi balansın yenidən formalaşması və xarici güclərə verilən çoxşaxəli mesaj kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026