Mobil versiya
“NATO-dan Baltikdə güc nümayişi – Rusiya bombardmançılarına qarşı 6 ölkə havaya qalxdı”
Tarix: 22-04-2026 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər



Baltik dənizi üzərində Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki “Tu-22M3” uzaqmənzilli bombardmançı təyyarənin müşahidə olunması NATO ölkələrində ciddi reaksiya doğurub.

Hadisəyə cavab olaraq 6 NATO üzvü – Fransa, İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya – döyüş təyyarələrini havaya qaldırıb. Əməliyyata Litvadakı aviabazadan qalxan Fransanın “Rafale” qırıcıları da qoşulub.

Məqsəd Rusiya təyyarələrini müşayiət etmək və Baltik hava məkanında vəziyyətə nəzarəti təmin etmək olub.

Hadisə regionda gərginliyin artdığı bir dövrə təsadüf edir və NATO ilə Rusiya arasında hava məkanında qarşıdurma risklərini yenidən gündəmə gətirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026