Mobil versiya
İsraildə ordudan yayınanların həbsi kütləvi etiraz doğurub
Tarix: 01-05-2026 | Saat: 21:42
Bölmə:Dünya | çapa göndər

İsraildə ordudan yayınanların həbsi kütləvi etiraz doğurub


İsraildə hərbi xidmətdən yayınan ultraortodoks yəhudilərin (haredilər) həbsinə qarşı kütləvi etiraz aksiyaları keçiriblər.

aia.az xarici mediaya istinadla xəbər verir ki, bu kateqoriyadan olan dindarlar orduya qoşulmayacaqlarını və həyatlarını Tövratı öyrənməyə həsr edəcəklərini bəyan ediblər.

Bildirilir ki, son etirazlara səbəb ordunun bu həftə hərbi xidmətdən yayınanların həbs kampaniyasını bərpa etməsi olub. İsrail mediasının məlumatına görə, İranla müharibə zamanı bu kampaniyada fasilə yaranmışdı.

Bir neçə gün əvvəl bir qrup etirazçı Aşkelonda hərbi polis rəisinin evinə basqın edib. Polis daha sonra 25 nəfəri saxlayıb.

Bir gün sonra etirazçılar Yerisəlimin (Qüds) girişini bağlayaraq yolda tıxac yaradıblar.

Haredi (ultra-ortodoks) yəhudiləri İsrailin 10 milyon əhalisinin təxminən 13%-ni təşkil edir. Onların inancına görə, dövlət qulluğunda olmaq, orduda xidmət etmək, silah götürmək və onu insana tuşlamaq haramdır və Allahın qəzəbinə gəlməkdir.

Etirazlar zamanı onlar "Orduya çağırılmaqdansa ölməyi üstün tuturuq" şüarları səsləndiriblər və İsrail bayrağını yandırıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026