Mobil versiya
Zelenski və Fitso qarşılıqlı səfərlər barədə razılığa gəlib
Tarix: 04-05-2026 | Saat: 15:41
Bölmə:Dünya | çapa göndər

Zelenski və Fitso qarşılıqlı səfərlər barədə razılığa gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiyanın Baş naziri Robert Fitso Kiyev və Bratislavaya qarşılıqlı səfərlərin təşkilini müzakirə ediblər.

aia.az xəbər verir ki, Ukrayna lideri bu barədə İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində baş nazirlə görüşdən sonra sosial şəbəkələrdə məlumat verib.

Zelenskinin sözlərinə görə, Ukrayna Slovakiya ilə konstruktiv dialoqa açıqdır və möhkəm ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

"Biz müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin yaxın vaxtlarda hökumətlərarası komissiya formatında hökumətlərin iclasının keçirilməsini müzakirə etdik. Kiyev və Bratislavaya səfər mübadiləsindən danışdıq - komandaların qrafik üzərində işləyəcəyi barədə razılaşdıq", - o yazıb.

Ukrayna Prezidenti həmçinin qeyd edib ki, tərəflər ölkənin Avropa İttifaqına üzvlük məsələsinə toxunublar.

"Slovakiyanın Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməsi və bu yolda kömək etməyə hazır olması vacibdir. Bunun üçün təşəkkür edirəm", - Zelenski vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-05-2026