Mobil versiya
DİN və ADA Universiteti memorandum imzaladı - FOTOLAR
Tarix: 08-05-2026 | Saat: 19:44
Bölmə:Təhsil | çapa göndər

DİN və ADA Universiteti memorandum imzaladı -

Mayın 8-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

aia.az xəbər verir ki, birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə DİN ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və Memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026