Mobil versiya
İrəvana mesaj: “Rusiyadan uzaqlaşmağın ağır bədəlini ödəyəcəksiniz"
Tarix: 14-05-2026 | Saat: 22:11
Bölmə:Dünya | çapa göndər

İrəvana mesaj: “Rusiyadan uzaqlaşmağın ağır bədəlini ödəyəcəksiniz"


Ermənistanda Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı yeni müzakirələr başlayıb.

aia.az xəbər verir ki, kremlçi siyasi şərhçi Ayk Xalatyan Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu təhlükəli addım kimi qiymətləndirib.

O bildirib ki, İrəvanın “əsas prioritetimiz Aİ-yə üzv olmaqdır” mesajı əslində Rusiyaya qarşı formalaşan düşərgəyə qoşulmaq anlamına gəlir.

Xalatyan qeyd edib ki, Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılıdır. Onun sözlərinə görə, ölkə həm Avrasiya İqtisadi İttifaqının, həm də KTMT-nin üzvü olaraq Moskva ilə müttəfiqlik münasibətlərini faktiki şəkildə davam etdirir.

Siyasi şərhçi bildirib ki, bir çox dövlətlər paralel şəkildə fərqli siyasi mərkəzlərlə əməkdaşlıq etməyə çalışır. Lakin Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin sürətlə gərginləşdiyi indiki şəraitdə bu balans siyasətinin davam etdirilməsi getdikcə çətinləşir.

Ayk Xalatyan vurğulayıb ki, hazırda Avropa İttifaqı tədricən iqtisadi birlikdən hərbi-siyasi platformaya çevrilir. O əlavə edib ki, NATO daxilində ABŞ və Avropa ölkələri arasında yaranan fikir ayrılıqları da bu prosesi sürətləndirir.

Şərhçinin fikrincə, Ermənistan yaxın gələcəkdə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur qala bilər.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2026