Tanner Tessmann yayda "Lion"u tərk edə bilər
Tarix: 21-05-2026 | Saat: 10:13
Bölmə:İdman | çapa göndər

ABŞ yığmasının yarımmüdafiəçisi Tanner Tessmann yayda Fransanın "Lion" klubundan ayrıla bilər.
aia.az ESPN-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçuya Almaniya, İtaliya və MLS klubları maraq göstərirlər.
Fransa təmsilçisinin baş məşqçisi Paulu Fonseka yarımmüdafiəçini komandada saxlamaq istəsə də, klub son hesabatdakı böyük maliyyə itkilərindən sonra balansı qorumaq üçün bəzi oyunçularla yolları ayırmalıdır.
Tessmann 2025/2026 mövsümündə meydana çıxdığı 40 qarşılaşmada 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Amerikalı oyunçu 2024-cü ilin avqustundan "Lion"da çıxış edir. O, daha əvvəl "Dallas" və "Venetsiya" komandalarının da formasını geyinib.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2026