Mobil versiya
Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “Bu mövzu bağlanıb”
Tarix: 26-05-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “Bu mövzu bağlanıb”


Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı çıxışı zamanı Azərbaycanla bağlı uzun müddətdir müzakirə olunan məsələyə münasibət bildirib.

Kotayk vilayətinin Tsaxkadzor şəhərində tərəfdarları qarşısında danışan Paşinyan Ermənistanda bəzi qüvvələrin cəmiyyətdə qorxu yaratmağa çalışdığını deyib. O bildirib ki, guya yüz minlərlə azərbaycanlının Ermənistana qayıdacağı ilə bağlı iddialar artıq gündəmdən çıxarılıb.

“Bu gün Ermənistanda elə qüvvələr var ki, insanlara 300 min azərbaycanlının gələcəyini təlqin edir. Amma biz bu mövzunu geridönməz şəkildə bağlamışıq”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk etmiş ermənilərin geri dönüşünü siyasi gündəmə çevirməməlidir. Onun sözlərinə görə, belə yanaşma “güzgü effekti” yarada bilər.

Paşinyan Qarabağdan köçən ermənilərin yerləşdirilməsi üçün Ermənistanın milyardlarla vəsait xərclədiyini də bildirib. O, bəzi revanşist qüvvələri bu məsələdən siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.

“Bu gün Qarabağ ermənilərinin Ermənistanda yerləşməsi üçün milyardlar xərcləyirik, amma müharibə tərəfdarları onların sakitləşməməsi üçün hər şeyi edir”, – deyə o əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2026