Mobil versiya
Bu tarixdən ətin qiyməti ucuzlaşacaq
Tarix: 30-05-2026 | Saat: 20:16
Bölmə:Ölkə | çapa göndər

Bu tarixdən ətin qiyməti ucuzlaşacaq


Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.

Ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.

Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək:

"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qırmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq". (Metbuat.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2026