Azər Kərimli: “Şuşa Bəyannaməsində önəmli məqamlardan biri siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin yer almasıdır”
Tarix: 05-06-2026 | Saat: 10:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu unikal sənədin əhəmiyyətindən danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən beş il ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Bigə Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır: “Nəzərə almaq lazımdır ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas qarantı kimi çıxış edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Şuşa Bəyannaməsi faktiki olaraq ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və mövcud əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri də məhz Şuşa Bəyannaməsinin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir və Azərbaycan ilə Türkiyə arasında yeni əməkdaşlıq formatının daha geniş iqtisadi perspektivlərini ortaya çıxarır. Birmənalı olaraq deyə bilərik ki, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” – deyə, Azər Kərimli açıqlamasını başa çatırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-06-2026