Mobil versiya
Xatun Əliyeva: “Oğlumun evinin açarı məndədir”
Tarix: 10-06-2026 | Saat: 22:17
Bölmə:Özəl | çapa göndər

Xatun Əliyeva: “Oğlumun evinin açarı məndədir”




Müğənni Xatun Əliyeva ailə həyatı və övladı ilə münasibətlərindən danışıb.

Sənətçi bildirib ki, ailədə ən çox hörmət etdiyi şəxs anasıdır və hər zaman onun yanında olmağa çalışır. Xatun anasına maddi dəstək göstərdiyini, ailə üzvlərinin də tez-tez onun evində bir araya gəldiyini deyib.

Oğlu Adil və gəlini ilə münasibətlərindən danışan müğənni onların bütün məsələlərdə onunla məsləhətləşdiklərini vurğulayıb.

“Oğlum və gəlinim harasa gedəndə mənə xəbər verirlər, fikrimi soruşurlar. Evlərinin açarı da məndədir. Amma mən də onların evinə gedəndə əvvəlcədən xəbər edirəm və icazə alıram”, – deyə Xatun qeyd edib.

Müğənni əlavə edib ki, oğlunun ayrı yaşamasını normal qarşılasa da, ailə bağlarının möhkəm qalmasına xüsusi önəm verir. Onun sözlərinə görə, qarşılıqlı hörmət və etibar ailə münasibətlərinin əsasını təşkil edir.

Qeyd edək ki, Adil ailəlidir və bir övladı var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2026