147 milyon manatlıq narkotik məhv edildi – 5 tondan çox qadağan olunmuş maddə yandırıldı
Tarix: 11-06-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda hüquq-mühafizə orqanlarının müxtəlif əməliyyatlar zamanı dövriyyədən çıxardığı iri həcmdə narkotik vasitələr məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən proses zamanı 1446 məhkəmə hökmü əsasında müsadirə olunmuş maddi sübutlar xüsusi yandırma üsulu ilə məhv olunub.
Rəsmi məlumata görə, ümumilikdə 5 tondan artıq müxtəlif növ narkotik vasitə, yüz minlərlə həb və psixotrop maddə, eləcə də minlərlə çətənə kolu yandırılıb. Məhv edilən maddələr arasında heroin, marixuana, tiryək, həşiş və kokain də yer alıb.
Bundan əlavə, 140 mindən çox narkotik və psixotrop tərkibli həb, həmçinin 13 mindən artıq çətənə bitkisi də məhv olunan maddələr siyahısına daxil edilib.
Mütəxəssislərin hesablamalarına əsasən, məhv edilən narkotik vasitələrin qara bazardakı ümumi dəyəri təxminən 147 milyon manat təşkil edir.
Qeyd olunur ki, narkotiklərin məhv edilməsi prosesi aidiyyəti dövlət qurumlarının, ekspertlərin və media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər