Tramp son anda İrana zərbə planından geri çəkildi – Pərdəarxası səbəb açıqlandı
Tarix: 12-06-2026 | Saat: 18:29
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırdığı hərbi əməliyyatdan son anda imtina etməsinin səbəbi məlum olub. Məlumata görə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan rəsmilərinin diplomatik səyləri Vaşinqtonun qərarına təsir göstərib.
“Politico” nəşrinin Tramp administrasiyasındakı mənbələrə və danışıqlar barədə məlumatlı diplomatlara istinadən yaydığı xəbərə görə, Körfəz regionu və Cənubi Asiya ölkələrinin nümayəndələri ABŞ lideri ilə təmas quraraq İranla razılaşmanın əldə olunmasının çox yaxın olduğunu bildiriblər.
Bildirilir ki, Donald Tramp əvvəlcə ABŞ-nin İrana qarşı “çox güclü” zərbələr endirəcəyini bəyan edib. Lakin qısa müddət sonra vəziyyət dəyişib və hərbi əməliyyatın həyata keçirilməyəcəyi açıqlanıb.
Mənbələrin sözlərinə görə, xarici tərəfdaşlar Trampa hazırkı mərhələdə hərbi müdaxilənin diplomatik prosesə ciddi zərbə vura biləcəyini çatdırıblar. Onlar İranla ilkin razılaşmanın əldə olunmasına az qaldığını vurğulayaraq ABŞ prezidentini daha təmkinli davranmağa çağırıblar.
Nəticədə Ağ Ev rəhbəri hərbi variantı müvəqqəti olaraq kənara qoyaraq diplomatik kanallara üstünlük verib. Müşahidəçilər hesab edirlər ki, bu qərar Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq məqsədi daşıyır və yaxın günlərdə aparılan danışıqların taleyi regionun gələcək təhlükəsizlik mənzərəsini müəyyən edə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026