Aşağı təzyiq hansı xəstəliklərin xəbərçisi ola bilər? – Həkimdən vacib açıqlama
Tarix: 16-06-2026 | Saat: 23:11
Bölmə:Özəl | çapa göndər

Aşağı qan təzyiqi (hipotenziya) bəzi insanlarda fərdi xüsusiyyət kimi müşahidə olunsa da, bir sıra ciddi xəstəliklərin ilkin əlaməti də ola bilər. Mütəxəssislər bildirirlər ki, tez-tez təkrarlanan hipotenziya halları diqqətdən kənarda qalmamalıdır.
Kardioloq Anna Panovanın sözlərinə görə, aşağı təzyiq ən çox beyinə gedən qan axınının azalması ilə özünü göstərir. Bu zaman insanlarda yorğunluq, halsızlıq, başgicəllənmə, tarazlığın pozulması, bulanıq görmə, ürəkbulanma və hətta huşun itirilməsi kimi əlamətlər meydana çıxa bilər.
Həkim qeyd edir ki, aşağı təzyiqin arxasında ən çox ürək-damar sistemi və endokrin xəstəliklər dayanır. Xüsusilə infarkt və digər ciddi ürək problemləri zamanı qan dövranının pozulması nəticəsində arterial təzyiq kəskin şəkildə aşağı düşə bilər. Bəzi hallarda insanlar infarkt keçirdiklərini məhz bu əlamətlər vasitəsilə anlayırlar.
Digər mühüm səbəblərdən biri isə endokrin sistem pozğunluqlarıdır. Diabet, qalxanabənzər vəzin fəaliyyətində yaranan problemlər və digər hormonal xəstəliklər zəiflik, enerji çatışmazlığı və aşağı təzyiqlə müşayiət oluna bilər.
Mütəxəssislər susuzlaşmanın da hipotenziyanın ən geniş yayılmış səbəblərindən biri olduğunu bildirirlər. Xüsusilə yay aylarında kifayət qədər maye qəbul edilmədikdə qan təzyiqində enmələr müşahidə oluna bilər.
Bundan başqa, qan infeksiyaları və bəzi bakterial xəstəliklər zamanı orqanizmdə yaranan toksinlər qan dövranına təsir göstərərək təzyiqin aşağı düşməsinə və hətta həyati təhlükə yaradan septik şoka səbəb ola bilər.
Həkimlər ağır allergik reaksiyaların da qan təzyiqini kəskin şəkildə aşağı sala biləcəyini vurğulayırlar. Anafilaktik şok adlanan bu vəziyyət təcili tibbi müdaxilə tələb edir və insan həyatı üçün ciddi təhlükə yaradır.
Aşağı təzyiqin digər səbəblərindən biri də anemiyadır. B12 vitamini və fol turşusu çatışmazlığı nəticəsində yaranan qanazlığı orqanizmdə oksigen daşınmasını zəiflədir, nəticədə halsızlıq, başgicəllənmə və hipotenziya meydana çıxır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, aşağı təzyiq davamlı xarakter alırsa və gündəlik həyata təsir göstərirsə, mütləq həkim müayinəsindən keçmək lazımdır. Çünki bəzən sadə görünən bu problem ciddi xəstəliklərin ilk siqnalı ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-06-2026