Mobil versiya
Ayaq ağrısı ürək xəstəliyinin xəbərçisi ola bilər
Tarix: 25-06-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Ayaq ağrısı ürək xəstəliyinin xəbərçisi ola bilər




Kardioloq Anna Panova bildirib ki, bəzi hallarda ayaqlarda yaranan ağrı sadəcə əzələ və ya oynaq problemi deyil, ürək-damar sistemi ilə bağlı ciddi xəstəliklərin əlaməti ola bilər.

Mütəxəssisin sözlərinə görə, ürək qanı lazımi səviyyədə pompalaya bilmədikdə qan dövranı zəifləyir və bu vəziyyət xüsusilə ayaqlarda şişkinlik, ağırlıq hissi və ağrı ilə özünü göstərə bilər. Qan damarlarında yaranan təzyiq toxumalara əlavə yük salaraq narahatlıq yaradır.

Kardioloq ayaq ağrısının venoz tromboemboliya ilə də əlaqəli ola biləcəyini qeyd edib. Bu zaman ayaqda qan laxtası əmələ gəlir və xüsusilə baldır nahiyəsində sancı, döyünən və ya güclü ağrı hiss olunur. Ağrı topuq, dizin arxası və bud nahiyəsinə də yayıla bilər.

Digər təhlükəli səbəblərdən biri isə periferik arterial xəstəlikdir. Bu zaman damarların daralması və aterosklerotik lövhələrin yaranması nəticəsində ayaqlara gedən qan axını azalır. Oksigen çatışmazlığı isə ağrı, yorğunluq və hərəkət zamanı narahatlıq yaradır.

Anna Panova vurğulayıb ki, periferik arterial xəstəlik çox vaxt koronar arteriya xəstəliyi ilə birlikdə müşahidə olunur. Hər iki problemin əsas səbəbi damarların ateroskleroz nəticəsində zədələnməsidir.

Mütəxəssis xəbərdarlıq edir ki, davamlı ayaq ağrısı, şişkinlik, yeriyərkən tez yorulma və ya baldırlarda sancılar hiss edən şəxslər vaxt itirmədən kardioloqa müraciət etməlidirlər. Çünki erkən diaqnoz infarkt və insult kimi ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2026