Mobil versiya
Almaniya qovrulur: Temperatur tarixi həddə
Tarix: 28-06-2026 | Saat: 13:00
Bölmə:Dünya | çapa göndər

Almaniya qovrulur: Temperatur tarixi həddə


Almaniyada müşahidələr tarixində ilk dəfə havanın temperaturu +41,5 dərəcəyə yüksəlib. aia.az xəbər verir ki, güclü isti dalğası səbəbindən ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.

Almaniyada bütün meteoroloji müşahidələr tarixinin ən yüksək temperaturu qeydə alınıb. Termometrlər +41,5 dərəcəni göstərərək yeni rekord müəyyənləşdirib.

Rekord istilər səbəbindən ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub. Həddindən artıq isti hava şəraiti insanların sağlamlığı üçün təhlükə yaratdığından xüsusi tədbirlər görülür.

İnsanların sərinləməsinə kömək etmək məqsədilə küçələrdə su şırnaqlı xüsusi texnikalardan istifadə olunub. Şəhərlərin müxtəlif ərazilərində insanlara su püskürdülərək isti havanın təsirləri azaldılmağa çalışılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə