Mobil versiya
David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib
Tarix: 29-06-2026 | Saat: 18:41
Bölmə:Gündəm | çapa göndər

David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib

“Caspian Capital Holding”in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.

Bu barədə Newscenter.az-a “Caspian Capital Holding”in mətbuat katibliyi məlumat yayıb.

Təyinat “Caspian Capital Holding”in İdarə Heyətinin sədri Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.


Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub.

David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiya yönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Süleyman



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026