23 ildən sonra turistlərin üzünə açılır
Tarix: 30-06-2026 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər

Braziliyada yerləşən və qeyri-adi mavi suları ilə məşhur olan Gruta da Lagoa Azul (Mavi Göl Mağarası) 23 illik fasilədən sonra yenidən turistlərin üzünə açılmağa hazırlaşır.
Ekoloji icazələrin və infrastruktur işlərinin tamamlanmasının ardından mağaranın 2026-cı ilin sonuna qədər ziyarətçiləri qəbul etməsi planlaşdırılır.
Braziliyanın Mato-Qrosso ştatının Nobris şəhərində yerləşən təbiət abidəsi dünyada nadir rast gəlinən mavi rəngli gölü ilə tanınır. Hazırlanan layihəyə əsasən, ərazi yenidən beynəlxalq turizm marşrutlarına daxil ediləcək.
Gruta da Lagoa Azul 2002-ci ildə nəzarətsiz turist axını nəticəsində ekosistemə dəyən zərər və təhlükəsizlik riskləri səbəbindən Braziliyanın Ətraf Mühit və Bərpa Olunan Təbii Sərvətlər İnstitutu (IBAMA) tərəfindən bağlanmışdı. O vaxtdan mağara xüsusi mühafizə olunan ərazi statusunda saxlanılıb.
Rəsmi qadağaya baxmayaraq, son illərdə mağaraya qanunsuz giriş halları qeydə alınıb və bununla bağlı hüquqi tədbirlər görülüb. Hazırda isə ərazinin qorunmasını təmin edəcək yeni idarəetmə modeli hazırlanıb.
Mato-Qrosso ştatının Ətraf Mühit Nazirliyi bildirib ki, lisenziyalaşdırma prosesi başa çatdıqdan sonra mağara rəsmi istismara veriləcək. Nobris bələdiyyəsi ilə ştat hökuməti arasında əldə olunan razılaşmaya əsasən, layihənin ilin sonuna qədər tam təsdiqlənməsi gözlənilir.
Yeni mərhələdə mağarada ciddi nəzarətə əsaslanan ekoturizm modeli tətbiq ediləcək. Ziyarətçi sayı məhdudlaşdırılacaq, müşahidə meydançaları yaradılacaq və bütün turizm infrastrukturu ekoloji standartlara uyğun şəkildə təşkil olunacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2026