Mobil versiya
Ronaldo dünya çempionu ola bilmədi
Tarix: 07-07-2026 | Saat: 09:00
Bölmə:Manşet / İdman | çapa göndər

Ronaldo dünya çempionu ola bilmədi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

aia.az xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.

İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə