Səttar Möhbalıyev: "Berlin görüşü Azərbaycanın Avropa siyasətində yeni mərhələdir"
Tarix: 22-07-2026 | Saat: 10:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Federal Kansler Fridrix Mertslə keçirdiyi görüş Azərbaycan–Almaniya münasibətlərinin tarixində növbəti diplomatik mərhələ olmaqla yanaşı, Avropa ilə Azərbaycan arasında formalaşan yeni siyasi münasibətlər sisteminin mühüm göstəricisidir. Dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, bu səfərin mahiyyəti yalnız ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır. Burada söhbət Avropanın aparıcı dövlətlərindən biri ilə strateji dialoqun başlanmasından, yeni iqtisadi əməkdaşlıq mexanizmlərinin yaradılmasından, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, regional sülh və Avropa İttifaqı ilə münasibətlərin yeni siyasi mərhələyə qədəm qoymasından gedir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, ötən otuz ildən artıq dövr ərzində əlaqələr müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Almaniya uzun illər Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olmuş, xüsusilə enerji, sənaye, maşınqayırma, tikinti, bank sektoru və texnologiyalar sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirmişdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən 200-dən çox Almaniya şirkəti bu əməkdaşlığın real nəticəsidir. Cənab Prezident İlham Əliyevin Berlin bəyanatında xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, artıq münasibətlər klassik iqtisadi əməkdaşlıq çərçivəsini geridə qoyaraq siyasi-strateji xarakter almağa başlayır. Dövlət başçısının "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq" fikri əslində yeni mərhələnin rəsmi elanıdır. Bu ifadə diplomatiyada olduqca mühüm məna daşıyır. Çünki strateji dialoq dövlətlər arasında yalnız iqtisadi əməkdaşlığı deyil, təhlükəsizlik, enerji, regional sabitlik, beynəlxalq təşkilatlarda koordinasiya və uzunmüddətli siyasi etimadı ehtiva edir. Cənab Prezident İlham Əliyevin çıxışında Almaniyanın Cənubi Qafqaz siyasətinə xüsusi yer ayrılması təsadüfi deyildi. Son illər Avropada enerji böhranı, Ukrayna müharibəsi, qlobal logistika marşrutlarının dəyişməsi və Orta Dəhlizin əhəmiyyətinin artması Almaniyanı Cənubi Qafqaza daha ciddi yanaşmağa vadar edib. Azərbaycan isə artıq regionun sadəcə enerji ixracatçısı deyil. Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarındandır, Orta Dəhlizin əsas tranzit ölkəsidir və Türk dünyasını Avropa ilə birləşdirən strateji körpüdür. Dövlətimizin başçısının "Azərbaycan Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır" fikri əslində Azərbaycanın XXI əsrdə qazandığı yeni geosiyasi statusun qısa ifadəsidir.
Millət vəkili onu da bildirib ki, Bəyanatın ən diqqətçəkən hissələrindən biri enerji sahəsinə həsr olunmuşdur. Azərbaycan artıq təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bu fakt təkcə iqtisadi hadisə deyil. Bu, Avropa enerji xəritəsində Azərbaycanın rolunun daha da böyüməsinin göstəricisidir. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 ölkəsinə çatdırılır. Bununla yanaşı neft ixracı davam edir, yaşıl enerji layihələri hazırlanır, Xəzər dənizində külək enerjəsi üzrə iri layihələr həyata keçirilir və Qara dənizin dibi ilə yaşıl enerji kabeli layihəsi inkişaf etdirilir. Beləliklə, enerji əməkdaşlığı artıq neft və qazdan bərpa olunan enerji mərhələsinə keçir. Bu isə Azərbaycanı Avropanın uzunmüddətli enerji tərəfdaşına çevirir. Cənab Prezident İlham Əliyevin çıxışında nəqliyyat-kommunikasiya məsələlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Bir neçə il əvvəl Orta Dəhliz daha çox iqtisadi layihə hesab olunurdu. Bu gün isə o Avropa üçün alternativ logistika marşrutudur, Çin–Avropa ticarətinin əsas istiqamətlərindən biridir, Türk Dövlətləri Təşkilatını Avropa bazarı ilə birləşdirən magistraldır və regional təhlükəsizlik layihəsinə çevrilmişdir. Azərbaycanın bu dəhlizdə oynadığı rol Almaniya kimi ixrac yönümlü iqtisadiyyat üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin bəyanatında Ermənistanla münasibətlərə toxunulması xüsusi siyasi məna daşıyır. Dövlət başçısı bir neçə mühüm mesaj verdi. Birincisi, Azərbaycan münaqişəni həll etmiş dövlətdir. İkincisi, Azərbaycan sülh təşəbbüsünün müəllifidir. Üçüncüsü, Ermənistanın enerji təhlükəsizliyinə və tranzit imkanlarına töhfə verilməsi regionda yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Azərbaycanın Ermənistana yanacaq təchiz etməsi və Azərbaycan ərazisi vasitəsilə on minlərlə ton tranzit yükün daşınması uzun illər davam edən qarşıdurmadan sonra yaranmış tamamilə yeni siyasi reallığın göstəricisidir. Bu siyasət qalib dövlətin revanş deyil, davamlı sülh strategiyasını seçdiyini nümayiş etdirir.
Cənab Prezident İlham Əliyev Almaniyanın sülh prosesinə töhfəsini xüsusi vurğuladı. Bu, Berlinin regionda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Xüsusilə xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Almaniyanın dialoq platforması kimi çıxış etməsi Avropa diplomatiyasının Cənubi Qafqaz siyasətində yeni yanaşmanın formalaşdığını göstərir. Bəyanatın son hissəsində cənab Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə toxunaraq bu il baş tutmuş yüksək səviyyəli qarşılıqlı səfərləri xüsusi vurğuladı. Bu mesajın siyasi mahiyyəti olduqca böyükdür. Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha praqmatik əsaslara söykənməyə başlayıb. Enerji, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, nəqliyyat, təhlükəsizlik və investisiyalar artıq tərəfdaşlığın əsas istiqamətlərinə çevrilib. Bu prosesdə Almaniyanın aparıcı Avropa dövləti kimi rolu xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Berlin bəyanatını ümumiləşdirsək, onun bir neçə mühüm siyasi nəticəsini görmək mümkündür. Birincisi, Azərbaycan–Almaniya münasibətləri strateji dialoq mərhələsinə daxil olur. İkincisi, enerji əməkdaşlığı klassik neft-qaz çərçivəsini aşaraq yaşıl enerji və uzunmüddətli təhlükəsizlik tərəfdaşlığına çevrilir. Üçüncüsü, Orta Dəhliz Azərbaycanın geosiyasi çəkisini daha da artırır və Almaniyanın bu marşruta marağını gücləndirir. Dördüncüsü, Azərbaycan regionda sülhün təşəbbüskarı və təminatçısı kimi çıxış etdiyini konkret addımlarla nümayiş etdirir. Beşincisi, Avropa İttifaqı ilə münasibətlər yeni siyasi etimad mərhələsinə qədəm qoyur və Almaniya bu prosesdə aparıcı rol oynayan əsas tərəfdaşlardan biri kimi çıxış edir.
Berlin görüşü göstərdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Almaniya ilə strateji dialoqun başlanması, iqtisadi və enerji əməkdaşlığının dərinləşməsi, Orta Dəhliz üzrə ortaq baxışların formalaşması, sülh prosesinə verilən dəstək və Avropa İttifaqı ilə münasibətlərdə yeni dinamika Azərbaycanın Avropanın etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaşı kimi qəbul olunduğunu təsdiqləyir. Cənab Prezident İlham Əliyevin bəyanatı isə Azərbaycanın milli maraqlarını qoruyan, regional sabitliyi təşviq edən və Avropa ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı daha da gücləndirməyə yönəlmiş ardıcıl dövlət siyasətinin ifadəsi kimi qiymətləndirilə bilər-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-07-2026