Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənqid edib
Tarix: 23-07-2026 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

ABŞ Dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyəti ilə bağlı sərt açıqlama verərək, Vaşinqtonun bu qurumun yurisdiksiyasını tanımadığını bir daha bəyan edib.
Rubio bildirib ki, ABŞ Roma Statutuna qoşulmayıb və buna görə də BCM-nin ABŞ vətəndaşları və ya dövlət rəsmiləri üzərində hüquqi səlahiyyətə malik olmadığını hesab edir. Onun sözlərinə görə, məhkəmənin üzv olmayan ölkələrin nümayəndələrinə münasibətdə yurisdiksiya iddiası Vaşinqton tərəfindən qəbul edilmir.
ABŞ Dövlət katibi çıxışında BCM-ni kəskin tənqid edərək bildirib ki, məhkəmədə ABŞ hərbçiləri və gələcəkdə ölkə rəhbərliyi ilə bağlı mümkün hüquqi addımların müzakirə olunması qəbuledilməzdir. O vurğulayıb ki, ABŞ öz vətəndaşlarının belə proseslərə cəlb edilməsinə razı olmayacaq.
Rubio əlavə edib ki, Vaşinqton bu mövqeyini daha əvvəl də Beynəlxalq Cinayət Məhkəməsinin rəhbərliyinə çatdırıb və ABŞ-ın bu məsələdə siyasətində dəyişiklik olmadığını bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi müstəqil beynəlxalq məhkəmə qurumudur. ABŞ isə Roma Statutunun iştirakçısı deyil və uzun illərdir məhkəmənin ABŞ vətəndaşları üzərində yurisdiksiyasını tanımadığını rəsmi şəkildə bəyan edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-07-2026