Mobil versiya
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar
Tarix: 23-07-2026 | Saat: 15:23
Bölmə:Karusel / Özəl | çapa göndər

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 23 iyul 2026-cı il tarixində İsmayıllı rayonunda seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Topçu kəndində baş tutub.

Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Topçu kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2026